VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda avtomobilləri körpünün üstündə saxlayaraq, yol hərəkətinə mane olan yol polislərilə baglı video yayılıb.

BAKU.WS
-in məlumatına gorə, videodan da görünür ki, gecə saatlarında yol polisi sürücünü körpünün üstündə saxlayır. Polis sürücünün içkili olub-olmamasını yoxlamaq ücün onların ağzını iyləyir. Sürücü isə yol polisdən aparat vasitəsilə test etməyi tələb edir. Lakin polis sürücünün bu tələbinə fikir vermir.

Məsələ ilə baglı Bakı səhər Dövlət Yol Polis Idarəsində arasdırma aparılacaq. Qurumun mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov bildirib ki, həmin videodan xəbərsizdir. Onu izləyib, bu məsələ barədə arasdırma aparılacaq.


Ziya Səccad
BAKU.WS