VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Ötən il Azərbaycanda qanunsuz ov edən çoxusu körfəz ölkələrindən olan 16 xarici vətəndaş saxlanılıb. 
 
Bunu Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə BAKU.WS-ə bildirib. 

"Ölkəyə qanunsuz giriş və brakonyerlik faktları qeydə alındıqda tərəfimizdən ciddi tədbirlər görülür. Həmin 16 xarici vətəndaş 32 min manata qədər cərimə olunaraq Dövlət Miqrasiya Xidməti tərəfindən bir daha Azərbaycana buraxılmamaq şərti ilə ölkədən məcburi çıxarılıb", - deyə Hikmət Əlizadə bildirib. 
 
BAKU.WS