VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycanlı zəvvarların Həcddən qayıdışı ilə bağlı uçuş qrafikinin son günü bu gün olmasına baxmayaraq, gecikmə səbəbilə vaxt dəyişdirilib.

BAKU.WS
-in məlumatına gör, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Həcc missiyasından APA-ya bildirilib. Verilən məlumata görə, zəvvarları gətirən sonuncu təyyarənin ya sabah axşam, ya da oktyabrın 3-də səhər tezdən Ciddədən qalxacağı planlaşdırılıb. Bu gün isə azərbaycanlı zəvvarları gətirmək üçün 3 aviareys nəzərdə tutulub ki, onlardan biri artıq reallaşıb, digələri saat 17:20-də və 23:00-da Bakıya enəcək.

Təxminən 250 zəvvarı gətirəcək daha bir təyyarənin isə oktyabrın 3-də səhər tezdən Ciddə hava limanından Bakıya yola düşməsi nəzərdə tutulub.

Ziya Səccad
BAKU.WS