SİZİN REKLAM BURADA!
055 213 76 73



Aparıcı Xoşqədəm Hidayətqızı və müğənni Almaz Ələsgərli arasında qalmaqal böyüyür.
 
BAKU.WS xəbər verir ki, verilişin ötən buraxılışılarından birində müğənni Almaz Ələsgərlinin verilişi tərk etməsi aparıcını hiddətləndirib. Verilişdə buna geniş yer ayıran aparıcı Ələsgərlinin yer üstündə dava etdiyini bildirib.
 
O, ad çəkməsə də müğəninin əməlini ekspertlərlə birlikdə sərt şəkildə tənqid edib. Xoşqədəm Hidayətqızı bildirib ki, Almaz Ələsgərli şikayətçi kürsüsündə əyləşməkdən imtina edib. Ona görə də verilişi tərk edib. 
 
"Bu kürsüdə hər birimiz otura bilərik. Şikayətçi kürsüsündə həttə dahi sənətkarımız Alim Qasımov belə əyləşib",-deyə Xoşqədəm Hidayət qızı bildirib.
 
Xatırladaq ki, Almaz Ələsgərli bir neçə gün əvvəl Xoşqədəm Hidayətqızının "Bizə danış" verilişinə qonaq qismində dəvət olunub. Lakin bir müddət sonra efiri tərk edib. Müğənni ona verilən yerdə başqası əyləşdiyi üçün buna verilişi tərk etdiyini bildirib.
 
Aynur Ələkbərova
BAKU.WS