SİZİN REKLAM BURADA!
055 213 76 73


Ərik mövsümünün yaxınlaşması ilə ərik yeməyin faydaları yenidən gündəmə gəlib.

Lakin bu dəfə məlum olub ki, təkcə meyvənin özünün deyil, toxumlarının da mühüm faydaları var.

Mütəxəssislərin fikrincə, ərik toxumlarının tərkibində çox qiymətli qidalar da var.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, ərik çəyirdəyinin sağlamlığa faydalarını təqdim edir:

Bir ovuc ərik toxumu yemək bədəninizə inanılmaz faydalar gətirir. Ərik toxumlarının tərkibindəki vitaminlər, minerallar və antioksidantlar sayəsində bəzi sağlamlıq problemlərinə qarşı qorunma təmin edir.

Ərik toxumlarının əsas faydaları bunlardır:

Ərik ləpəsində olan oleik turşusu və omeqa-3 yağ turşuları ürək sağlamlığını dəstəkləyir və xolesterin səviyyəsini tənzimləyir.

Ərik tumlarının antioksidan xüsusiyyətləri sayəsində dərinizi sərbəst radikallara qarşı qoruyur və dərinin gənc və sağlam qalmasına kömək edir.

Ərik toxumlarının tərkibindəki kalsium və fosfor sümüklərin möhkəmlənməsinə və sağlam olmasına kömək edir.

Tərkibindəki vitamin və minerallar sayəsində immunitet sistemini gücləndirir və orqanizmi xəstəliklərə qarşı qoruyur.

Ərik toxumunda olan antioksidantlar orqanizmdə sərbəst radikalları neytrallaşdırır və hüceyrələrin zədələnməsinin qarşısını alır.

BAKU.WS