SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Gigiyenik şəraitdə hazırlanmayan və uyğun temperaturda saxlanmayan bir çox qidalar zəhərlənməyə səbəb olur. Xüsusən də bu yaz aylarında havaların istiləşməsi ilə əlaqədar olaraq tez-tez baş verir. Ona görə də maksimum dərəcədə diqqətli olmaq lazımdır. 

Bunun üçün bir neçə şərtə əməl etməlisiniz. Əsas şərtlərdən biri mağazalardan aldığınız qablaşdırılmış qida məhsullarının son istifadə tarixinə diqqət etməkdir. Dondurulmuş qidaları satın alarkən qabların altında və içində buz kristallarnın olub-olmamadığını yoxlayın. Bundan əlavə temratur dərəcəsinin 18 C olmasına da diqqət etmək vacibdir.
 
 
Qida məhsullarını açıq şəkildə otaq temperaturunda saxlamaq yol verilməzdir. Aldığınız məhusuldan istifadə etdikdən sonra qalanını soyuducuya yerləşdirin. Çiy qidalarla bişmiş yeməkləri soyuducuda ayrı-ayrı, qablaşdırılmış şəkildə saxlayın. Qidaları soyuducuya mütləq bağlı şəkildə qablaşdırdıqdan sonra qoyun.

Meyvə və tərəvəzlər ən dayanıqsız qida məhsulları qrupuna daxil olduğu üçün onların da saxlanmasına xüsusi ilə diqqət etmək lazımdır. Meyvə və tərəvəzləri satın alarkən mövsümündə olan, yarpaqları saralmamış və rəngi canlı olanlarını satın alın. Əzik, çürük, palçıqlı olanlarını satın almayın. Meyvə və tərəvəzləri də mütləq soyuducuya yerləşdirin.

Bazarda açıq şəkildə satılan təzə süd və süd məhsullarını qətiyyən almayın. Çünki süd və süd məhsulları pasterizə edilmədikləri üçün qida zəhərlənməsinə səbəb olan salmonella bakteriyalarının törəmələri baxımından risklidirlər.

Zəhərlənmənin qarşısını almaq üçün edilən təbii üsullardan biri də bol qatıq yeməkdir. Bununla yanaşı sarımsaq və sarımsaq qatıq da yeyə bilərsiniz. Həmçinin düyü sıyığı, qaynadılmış kartof kimi qidalar da zəhərlənmənin qarşısını alan qidalara daxildir.
 
BAKU.WS