SİZİN REKLAM BURADA!
055 213 76 73



"O insan mənim üçün hər şeydir”
 
BAKU.WS xəbər verir ki, ARB TV-nin "Ömrün fəsilləri" verilişinin növbəti qonağı xalq artisti Təranə Muradova olub.

Maraqlı açıqlamalar verən xalq artisti, həyat yoldaşı ilə tanışlığından söz açıb:

"Filarmoniyaya gəldiyim ilk ildə yoldaşım da ora ilə üzbəüz yaşayırdı. Mən məşqə gələndə məni gördü. Görəndə yaxınlaşıb tanış olmaq istədi. Mən də belə tərbiyə görməmişəm ki, küçədə tanış olum. Kobud danışdım onunla. Filarmoniyaya girəndən sonra tez-tez bu insanla rastlaşırdım. Sonradan öyrəndim ki, tanınmış rəqqasə Roza Cəlilova onun bacısıdır. O, Filarmoniyanın qapısına gəlib bacısına dedi ki, orada bir qız xoşuma gəlib. İndiyə qədər böyük bir məhəbbət, böyük bir dostluq var aramızda. O, insan mənim üçün hər şeydir".
 
Daha sonra xalq artisti nənə olmasından danışıb:

"Nənə olmaq gözəl hislərdir. Mən çətin həyat yaşamışam. Hər şeyə çətinliklə nail olmuşam. Uşaqlarımdan sənətə heç kim gəlmədi. İncəsənətə məhəbbət olmalıdır, amma onlarda olmadı. Nəvəmin istedadı olsa, davam edər. İndi onunla məşğul oluram arada. 10 aylıq olmasına baxmayaraq, çox yaxşı edir hərəkətləri. Qızım da deyir ki, arzuna çatdın, nəvən gələr sənətə".
 
Aynur Ələkbərova
BAKU.WS