SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Böyük Britaniyanın "The Telegraph” qəzeti dünyanın 20 ən yaxşı çimərliyinin reytinqini hazırlayıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, siyahı nəşrin elektron saytında yerləşdirilib. Qəzet qeyd edir ki, Afrika ərazisində yerləşən Seyşel adaları bahalı çimərliklərdə istirahət etməyi sevənlər üçün ideal yerdir. Əksinə, qənaətli istirahətə üstünlük verənlər üçün isə nəşr Portuqaliyanın cənubunda Alqarvi regionunda yerləşən Praia de Albandeira çimərliyini məsləhət görür.

Yunanıstanın Lefkada adasındakı Kathisma və Porto Katsiki çimərlikləri su idman növləri ilə məşğul olanlar üçün ən yaxşı yer seçilib, bu ölkənin Mikonos adasındakı Paradise çimərliyi isə şənliklər üçün ideal məkan sayılır.

İspaniyanın Menorka adasındakı Cala Pregonda istirahət zonası (Aralıq dənizi) turistlərdən uzaqda, tənhalıqda istirahət etməyi sevənlərə məsləhət görülür. 

Britaniyalı jurnalistlər hesab edirlər ki, Sakit Okean sahilindəki Bora-Bora çimərliyi bal ayı üçün əla yerdir.

Reytinqə həmçinin İtaliya, Fransa, Böyük Britaniya, CAR, ABŞ, Yaponiya, Meksika və Kubadakı bir sıra istiqamətlər də daxil edilib.
 
BAKU.WS