Xəzər TV-də yayımlanan "Diqqətli ol" verilişi daha bir sosial eksperiment keçirib.

BAKU.WS xəbər verir ki, növbəti dəfə keçirilən eksperiment çəkiliş heyətinə baha başa gəlib. Eksperimentə görə küçədə zorakılığa məruz qalan qadına insanların necə münasibət göstərəcəyi sınaqdan keçirilib. Bir oğlanın küçənin ortasında qadına əl qaldırması ətrafdakı insanları qəzəbləndirib.
 
Çoxları buna sərt münasibət göstərib və oğlana yaxınlaşaraq tənqid edib. Bəziləri hətta qadını müdafiə etmək üçün oğlana hücum çəkib. Hücuma məruz qalan Xəzər TV-nin əməkdaşı bunun bir sosial eksperiment olduğunu deyərək güclə canını qurtara bilib.

Verilişdən sözügedən kadrları sizə təqdim edirik:

Aynur Ələkbərova 
BAKU.WS