VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Məktəbli yeniyetmə silah maketləri hazırlayır.

"ARB Günəş"in efirində yayımlanan sujetdə silah maketləri hazırlayan istedadlı yeniyetmə haqqında məlumat verilib. 

Xaçmaz rayonu, Nərəcan kəndində yaşayan dostumuz Həmdulla Xəlilov müxtəlif silah maketləri hazırlayır. O, hazırda Kalaşnikov avtomatı və Pulemyot silahlarının maketi üzərində çalışır. Məktəbli siahların hazırlanmasında istifadəsiz və tullantı materiallardan istifadə edir. Maketlərin hissələri kardon lövhələrdən və plastik materiallardan ibarətdir.

Hazırladığı maketləri təkmilləşdirməyə çalışan qəhrəmanımız bu istəyinə müəyyən qədər nail olub. Həmdulla yeni işlər üzərində çalışır. O, yaxın gələcəkdə müxtəlif funksiyaları olan silah maketləri hazırlamaq niyətindədir.
 
BAKU.WS