SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən gün Xəzər TV-də Xoşqədəm Hidayətqızının aparıcılığı ilə yayımlanan "Bizə Danış" verilişində həyəcanlı anlar yaşanıb.
 
BAKU.WS xəbər verir ki, telekanala təhlükəsizliyin təmin edilməsi üçün polis əməkdaşları cəlb edilb. Telekanalın mühafizəiçərinə yardım məqsədi ilə Xətai rayon polis bölməsinin əməkdaşları da Xəzər TV-nin həyətinə gətirilib.
 
Buna səbəb isə 5 ildir bir-birini sevən Elnur və Günayın həmin gün verilişdə iştirak etməsi olub. Ailələr arasında ciddi münaqişəni nəzərə alan telekanal təhlükəszilik tədbirlərinə əl atıb. Veriliş ərzində hər iki tərəfin qohumları televiziyanın həyətinə toplaşıb.
 
3 il Laçın rayon polis idarəsinin rəsisi Məhəmməd Kərimovun oğlu Aqşin Kərimova nişanlı olan Günay 5 il sevdiyi oğlana qoşulub qaçıb. Elə hər 3 ailə arsında münasibətlər bundan sonra korlanıb. Belə ki, qızın qohumları cütlüyü ölümlə hədələyir. Buna görədə onlar neçə müddətdir ki, gizlənirlər.
 
Aynur Ələkbərova
BAKU.WS