VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Xatirə İslam mərhum aktrisa Xanım Qafarovanın qızı Gövhərin doğum günündə ona sürpriz edib.

 

 
BAKU.WS xəbər verir ki, müğənni gecə saatlarında mərhum aktrisanın evinə gedərək tort və şarlarla balaca Gövhəri sevindirib. Videoda dünyasını dəyişən aktrisanın yeganə övladının necə ağır şəraitdə yaşadığını açqı-aydın görmək mümkündür.
 
Qeyd edək ki, mərhum X.Qafarova 2015-ci il iyulun 11-də uzun sürən xərçəng xəstəliyindən sonra 47 yaşında dünyasını dəyişib. 1967-ci il mayın 9-da Bakıda anadan olan aktrisa 1991-ci ildə "Şirbalanın məhəbbəti”, 1997-ci ildə "Kənddən gələn var”, 2001-ci il "Yuxu”, 2006-ci il "Adam ol” və 2011-ci ildə çəkilən "Qayınana” filmlərindəki rolları ilə yaddaşlarda iz qoyub.
 
Aynur Ələkbərova
BAKU.WS