SİZİN REKLAM BURADA!
055 213 76 73



Nokia 3310-u mobil cihazlar aləmində ən dözümlüsü hesab olunur.
 
BAKU.WS xəbər verir ki, sosial şəbəkə istifadəçilərindən biri bunu sınaqdan keçirmək qərarına gəlib. O, bu ənənəni davam etdirən yeni Nokia 6 mobil telefonu ilə qoz sındırıb. Daha sonra isə keçirdiyi sınağın videosun "Youtube"də paylaşıb.
 
Smartfonun orta texniki göstəriciləri olmasına baxmayaraq o, öz brend adı və dözümlülüyü ilə diqqət çəkir. Qozu, iPhone 7 və ya Galaxy S7 ilə sındırmaq həqiqətən də ağıla gələ bilməz. Lakin Nokia 6 bu testin öhdəsindən çox yaxşı gəlib.
 
Aynur Ələkbərova
BAKU.WS