VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Pul çox olsa yəqin ki, hər kəs dəbdəbəli bir evdə yaşamaq istəyər. Dünyada elə evlər var ki, onları yalnız xəyal etmək mümkündür.
 
Göz qamaşdıran bu cür malikanələrin qiyməti də milyonlarla dollar civarında ölçülür. Bu cür bahalı malikanələrdən biri ABŞ-ın Los Anceles şəhərinin Bell Air bölgəsində yerləşir. Onun qiyməti isə 250 milyon dollardır. Evin içərisində olan 150-yə yaxın sənət əsərinin qiyməti 30 milyon dollar dəyərindədir. Malikanənin 12 yataq, 21 vanna otağı, 40 nəfərlik xüsusi kino və teatr salonu var.

Evin möhtəşəmliyi bunlarla bitmir. Malikanədə mağazalarda olduğu ki, şirniyyat aparatları, boulinq salonu da var. Biznesmen Brüs Makovskinin satışa çıxardığı evdə böyük bir masaj salonu da mövcuddur.

BAKU.WS sizə tayı bərabəri olmayan malikanənin fotolarını təqdim edir.
 
Aynur Ələkbərova
BAKU.WS