VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bir müddətdir qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadənin səhhəti yenidən pisləşib.
 
BAKU.WS xəbər verir ki, Heydər Əliyev fondunun dəstəyi ilə müalicə alan rejissorun vəziyyəti düzəlsə də o, yenidən xəstəxanaya yerləşdirilib. Bu barədə rejissor rəsmi İnstagram səhifəsində foto paylaşıb.
 
Rejissorun həyat yoldaşı Səbinə Zəkizadə də sosial şəbəkədə həyat yoldaşının səhhətinin pisləşdiyini təstiqləyib. Bildirib ki, onun kimyaterapiyadan əvvəl verdiyi analizlərin cavabları mənfi çıxıb. Rejissorun xanımı onun xəstəliyinin geri qayıtdığını yazıb və insanlardan dua etmələrini xahiş edib".
 
Aynur Ələkbərova
BAKU.WS