SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Vicdan Haqqı" serialının Larisası aktrisa Çimnaz Sultanova yenidən sosial şəbəkənin gündəmindədir.

BAKU.WS xəbər verir ki, İnstagramda paylaşdığı fotolarla diqqət mərkəzində olan aktrisanın növbəti paylaşımı da izləyiciləri tərəfindən bəyənilib. Bir neçə gün əvvəl ad günü olan aktrisa ünvanına yazılan təbriklərə görə hər kəsə təşəkkür edib. Lakin ad gününü həyatında baş verən xoşagəlməz hadisə ucbatından qeyd etmədiyini söyləyib.
 
15 yanvarda ad günü olan aktrisa hansı pis hadisənin olduğunu isə açıqlamayıb.
 
Qeyd edək ki, Çimnaz Sultanova "Sənə inanıram” serialı ilə tamaşaçıların qarşısına çıxıb. Daha sonra "Yüz kağız” filmi, "Qisas” serialında rol alsa da, "Vicdan haqqı” serialında canlandırdığı Larisa obrazı ilə məşhurlaşıb.