SİZİN REKLAM BURADA!
055 213 76 73



Star Tv də yayımlanan "İşte Benim Stilim" tərz yarışı ilə məşhurlaşan azərbaycanlı Sima Şərafəddinova təyyarə idarə edib.
 
BAKU.WS xəbər verir ki, bu barədə Şərafəddinova öz rəsmi İnstagram səhifəsində video paylaşıb. Bir müddətdir ki, pilot kurslarına gedən Sima bu sahədə yetərincə irəliləyib. Bu videoda onun artıq sərbəst şəkildə təyyarə idarə etdiyini görmək mümkündür.
 
Qeyd edək ki, Sima "Best model of Azerbaijan 2014" gözəllik müsabiqəsinin qalibi seçilib. O Türkiyədə qatıldğı "İşte Benim Stilim"  verilişində atasının holdinq rəhbəri olduğunu, ailəsinin çox zəngin olduğunu bildirib. Hazırda Şərafəddinova Türkiyədə yaşayır.
 
Sözügedən kadrları sizə təqdim edirik:

Aynur Ələkbərova
BAKU.WS