SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Azərbaycanın "Xalq artisti” Çingiz Sadıxovun sosial şəbəkələrdə maraqlı videosu yayılıb.
 
 
BAKU.WS-in məlumatına görə, canlı əfsanə Müslim Maqomayevin oxuduğu Azərbaycan mahnısını pianoda ifa edib. Çingiz Sadıxovun videosunu aparıcı Hacı Nuran öz Instagram hesabında paylaşıb.  
 
Qeyd edək ki, Çingiz Sadıxov 1953-1971-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri, 1971-1981-ci illərdə 16 saylı Bakı musiqi məktəbinin direktoru, 1981-1990-cı illərdə "Azkonsert” yaradıcılıq birliyinin bədii rəhbəri, 1973-1976-cı illərdə Yəmən Demokratik Respublikasında İncəsənət İnstitutunun təşkilatçısı və muəllimi, 1983-1986-cı illərdə mədəniyyət və turizm nazirinin məsləhətçisi, 1991-1994-cü illərdə Bakı Musiqi Akademiyasının professoru kimi fəaliyyət göstərib. 

Məşhur Azərbaycan muğənniləri Rəşid Behbudov, Bülbül, Müslüm Maqomayev, Lütfiyar İmanov, Fidan və Xuraman Qasımovalarla işləmiş, onları royalda müşayiət edib. 1994-cu ildən ABŞ-da San-Fransisko şəhərində yaşayır. Amerikanın 40-a yaxın şəhərində konsertləri təşkil olunub. 

Azərbaycanın tanınmış musiqicisini 80 illik yubileyi münasibətilə ABŞ Konqresinin keçmiş spikeri Nensi Pelozi Çingiz Sadıxova təbrik məktubu göndərib. 1959-cu ildə Azərbaycanın "Əməkdar artisti”, 1987-ci ildə "Xalq artisti” fəxri adlarına layiq görülüb.

2009-cu ildə oktyabrın 28-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə "Şöhrət” ordeni ilə təltif edilib. 
 
Şahin Həbibov
BAKU.WS