SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Türkiyənin keçmiş millət vəkili, iş adamı Mehmet Günəşin oğlu Fərhad tanınmış iş adamı Hüsamettin Üstünelin qızı Mürüvvet ilə ailə qurub.

BAKU.WS xəbər verir ki, məşhur otellərdən birində baş tutan toyda əsasən ailə üzvləri və yaxınları iştirak ediblər. Türkiyə adətlərinə görə, toyda qonaqlar gəlinin yaxasına qızıl taxarlar. Bu toyda da adət-ənənədən kənara çıxılmayıb. Amma mərasimdə gəlinin yaxasına taxılan qızılın çəkisi dodaqları uçuqladıb. Nə az, nə çox gəlinin boynundan ümumi dəyəri 2 milyon lirə, çəkisi isə 15 kiloqram olan qızıl asılıb.
 
BAKU.WS