SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Dekabrın 13-dən başlayaraq Azərbaycanın şimal bölgəsində hava şəraiti dəyişib və qar yağmağa başlayıb.

AZƏRTAC xəbər verir ki, Quba və Qusarın dağlıq ərazilərinə qarın hündürlüyü 15 santımetrə çatıb. Havanın temperaturu mənfi 2-10 dərəcə arasında dəyişir.

Quba Regional Hidrometeorologiya Müəssisəsindən bildirilib ki, ən çox yağıntı Qusarın Ləzə kəndində qeydə alınıb. Burada qarın hündürlüyü 17 santımetrə çatır. Xızının Altıağac qəsəbəsinə 10, Qubanın Xınalıq kəndinə 4, Qusar ərazisinə isə 5 santımetr qar yağıb.
 
BAKU.WS