VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycanlı müğənni Üzeyir Mehdizadənin mahnılarından məşhur blogerlər bəhrələnməkdə davam edir.

BAKU.WS xəbər verir ki, İnstagram-da "diliisaret" kimi qeydiyyatdan keçən türk gənc qız müğəninin mahnısını işarət dilinə çevirərək ifa edib.

Uzun müddətdir danışma və eşitmə qüsurlu insanlar üçün mahnıları işarət dilinə çevirərək ifa edən gənc qız çoxlu sayda Azərbaycan mahnılarına müraciət edib. Üzeyirin səsləndirdiyi "Sənə nə" mahınısının işarət dilinə çevrilmiş versiyası çoxsaylı izləyici tərəfindən bəyənilib.

Videonu paylaşan xanım Üzeyirin mahnıları ilə çox əyləndiyini bildirib.

Xatırladaq ki, ötən gün İnstagramda "hindmakeup_” kimi qeydiyyatdan keçən məşhur ərəb vizajist xanım azərbaycanlı müğənni Üzeyir Mehdizadənin mahnısının sədaları altında makiyaj edib. Vizajistin Üzeyirin "Mənə gəl" mahnısının sədaları altında etdiyi makiyaj minlərlə izləyici tərəfindən bəyənilib.
 
Aynur Ələkbərova
BAKU.WS