VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"WhatsApp" uzun müddətdir gözlənilən yeniliklərini bu gündən tətbiq edəcək.
 
BAKU.WS xəbər verir ki, adi halda "WhatsApp" vasitəsi ilə maksimum 10 foto göndərmək mükün idisə bu say 30-a çatdırılıb. Bundan başqa proqram bu gündən etibarən "iPhone 3G", "Windows Phone 7" ilə işləyən və bəzi andorid telefonlarda işləməyəcək.

"WhatsApp" istifadəçilərinə daha bir bəd xəbər ondan ibarətdir ki, köhnə sistemli telefonlarda müəyyən boşluqların olmasından dolayı risklər mövcuddur. Odur ki, köhnə sistemli telefonlarla "WhatsApp" işlədənlər yeni müasir telefonlar almalı olacaq.

Daha bir yenilik sayəsində "WhatsApp" istifadəçiləri foto göndərdikdə onun üzərinə smayl, "doodle" və yazı əlavə edə biləcək. 

"Status" adını daşıyacaq yenilik sayəsində istifadəçilər gondərdiyi bu tipli mesajlar 24 saat ərzində sitemdən silinəcək. Bundan başqa "WhatsApp" vasitəsi ilə "Skype" və ya "FaceTime"da olduğu kimi, konfarns videozənglər etmək mümkün olacaq. Yəni videozəngə bir neçə nəfər qoşuila biləcək. 

Aynur Ələkbərova
BAKU.WS