SİZİN REKLAM BURADA!
055 213 76 73



"Bura istəyərək özüm könüllü olaraq gəlmişəm. Özüm şəhər mühitində yaşamış insanam. Gəldim ki, baxım burda öyrənim ki, kənd həyatı necədir".
 
BAKU.WS-in məlumatına görə, bunu reportajın qəhrəmanı Jalə Bünyadova deyir. Jalə Mingəçevirdə dünyaya gəlsə də bu gün tərəkəmə ailəsinin üzvüdür: 

"Hər şey insanın öz əlindədir. Bir işi bacara bilərəm deyə bilirsənsə, deməli bacarmalısan. Hər şey insanın öz düşüncəsindən asılıdır". 

Tərəkəmə qadınların gördüyü işi görmək də şəhərli qız üçün çətin olmayıb. Asanlıqla bütün məişət işlərinmi öyrənib. Şəhərdən marketlərdən aldığı çörəyi Jalə indi özü bişirmək qabiliyyətindədir. Ali təhsilli olsa da o, şəhərdə yaşamaq istəmir. 
 
Nazim Babayev
BAKU.WS