SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, dekabrın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. 

Bəzi yerlərdə duman, gecə və səhər çiskin olacaq. Cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeronda gecə 3-5° isti, gündüz 7-10° isti, Bakıda gecə 3-5° isti, gündüz 7-9° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza görə, yanvarın 1-dək Abşeron yarımadasında iqlim normasına yaxın temperatur şəraiti, meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşam bəzi şimal rayonlarında yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir. 
 
Şahin Həbibov
BAKU.WS