SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"5-ci element” verilişinin aparıcıları prezident İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə bir arada olub.

"Qafqazinfo” xəbər verir ki, Kamilə Babayeva, Hüsniyə Məhərrəmova, Ranar Musayev və Fariz İlyasov L. Əliyeva ilə birgə foto çəkdiriblər.

Həmin fotonu layihənin rəhbəri R. Musayev sosial şəbəkədə paylaşıb.

Qeyd edək ki, onlar Heydər Əliyev Mərkəzində baş tutan "Kukla incəsənətdə” sərgisinin açılış mərasimində görüşüblər.
 
BAKU.WS