SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Xalq artisti Ağaxan Abdullayevin yas mərasimində Alim Qasımov muğam ifa edib. 
 
BAKU.WS-in məlumatına görə, muğam ifaçısı Ağaxan Abdullayevin yas mərasimində iştirak edən Alim Qasımov muğam oxuyaraq ustadına vida edib.
 
Suraxanı rayonu Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında keçirilən vida mərasimindən sonra mərhum sənətkar Türkan kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək, mərhum sənətkarla vida mərasimində Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Nazim Babayev
BAKU.WS