VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Dekabrın 28-də "28 May” metrostansiyasında Şaxta baba və Qar qız sərnişinləri təbrik edəcək.

BAKU.WS xəbər verir ki, bu barədə "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

O bildirib ki, bu il də Şaxta baba və Qar qız metronun stansiyalarında sərnişinlərlə görüşəcək, metronun kiçik sərnişinləri olan uşaqlara müxtəlif hədiyyələr bəxş edəcək, sərnişinlərin şikayət və təkliflərini dinləyəcəklər.

N.Paşayev qeyd edib ki, sosial aksiya dekabrın 29-da da keçiriləcək. Əsas məqsəd insanları təbrik etmək, onlara xoş əhval-ruhiyyə yaratmaqdır. Artıq "Elmlər Akademiyası”, "Memar Əcəmi”, "Koroğlu”, "İçərişəhər” və "28 May” metro stansiyalarında böyük yolkalar qurulub.

Aytən.H
BAKU.WS