VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Tovuzda qeyri-adi qəza baş verib.

ARB Kəpəz xəbər verir ki, rayonun İbrahimhacılı kəndində sürücü Şəmkir rayon Tatar kənd sakini İkram Bayramoğlu idarə etdiyi "Niva" markalı avtomobili divara dırmaşdırıb.

Onun qarşıdan gələn digər maşınla toqquşmamaq üçün anidən basdığı əyləc idarəetmənin itirilməsi ilə nəticələnib. Bu zaman Niva yoldan çıxaraq maneələrə çırpılıb və evlərdən birinin divarına qalxaraq dayanıb. Qəza zamanı sürücü xəsarət almasa da, avtomobilə ciddi ziyan dəyib.
 
BAKU.WS