SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanın tanınmış bədii gimnastı Zeynəb Cavadlı ilə evlənən Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Maktumun qardaşı oğlu Şeyx Səid Əl Məktum haqqında yeni məlumatlar ortaya çıxıb. 

BAKU.WS-in məlumatına görə, peşəkar atıcı olan Dubay şahzadəsi 2007-ci ildə Minskə baş tutan yarışlarda iştirak edir. Mehmanxanada işləyən 19 yaşlı ofisiant köməkçisi Nataşa ilə tanış olan şahzadə onunla ciddi münasibət yaşayıb. Günlərdən birində qız şeyxin otağına bir stəkan portağal şirəsi gətirib. Şahzadə onunla İslam haqqında danışıb.

Sonra Səid qızı məşqlərə dəvət etməyə başlayıb. Onlar hətta şam yeməyi də yeyib. Şahzadənin niyyətinin ciddi olduğunu anlayanda Nataliya qarşısına çıxan şansdan imtina etməyib. Nataşanın anası uzun müddət qızını şeyxə vermək istəməyib, amma sonradan razılıq əldə olunub. 

Bir digər maraqlı məqam odur ki, Nataşa Əliyeva əslən azərbaycanlıdır. Şeyx qızı məhz onun atasından istəyib. Ata razılıq verdikdən sonra Nataşa İslamı qəbul edib və xanım Ayşə olub. 2007-ci ilin 27 avqust tarixində Səid və Nataşa toy etdilər. Yaxın qohumlar arasında sadə bir mərasimlə evlənən cütlük dəbdəbəli toy mərasimi istəməyib. 

Nataşa şahzadə Səidin ikinci arvadı olub, amma qanunla ərəblər dörd arvad ala bilər. Azərbaycanın tanınmış bədii gimnastı Zeynəb Cavadlı isə şeyxin 3-cü arvadıdır. 
 
Nazim Babayev
BAKU.WS