SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanın tanınmış bədii gimnastı, beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlı Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Maktumun qardaşı oğlu Şeyx Səid Əl Məktuma ərə gedib.

Cütlük 2015-ci ildə Qəbələdə keçirilən olimpiya atıcılıq növləri üzrə yarışlarda tanış olub və elə həmin il də evləniblər. Bu ilin iyun ayında isə onların qız övladı dünyaya gəlib. Körpəyə Səid Əl Məktumun nənəsi Sananın adı verilib.

BAKU.WS-in məlumatına görə, ərəb şeyxi ilə evlənən Zeynəb Azərbaycanın ən tanınmış bədii gimnastlarından biridir. Dünya çempionatının ikiqat bürünc mükafatçısı, Avropa çempionatının gümüş mükafatçısı, klublar arasında dünya çempionatının bürünc mükafatçısı. Nəzərə alsaq ki, bədii gimnastikada ruslar və ukraynalılar hegemonluq edir, o zaman gümüş və bürünc medalları bizim üçün elə qızla bərabər də hesab etmək olar. Zeynəb eyni zamanda Beynəlxalq Gimnastika Federasiyası tərəfindən "Dünya Səviyyəli Gimnast” fəxri adına da layiq görülüb. 
 
Qafqazinfo-nun özəl mənbələrdən əldə etdiyi xəbərə görə, cütlük 2015-ci ildə Qəbələdə keçirilən olimpiya atıcılıq növləri üzrə yarışlarda tanış olub və elə həmin il də evləniblər. Bu ilin iyun ayında isə onların qız övladı dünyaya gəlib. Körpəyə Səid Əl Məktumun nənəsi Sananın adı verilib.

Səid Əl Məktum 1976-cı ildə Dubayda anadan olub. Onun atası Maktum ibn Rəşid Əl Məktum 1990-2006-cı illərdə Dubayın əmiri olub. Onun vəfatından sonra isə hakimiyyətə əmisi Məhəmməd ibn Rəşid gəlib. Səid Əl Məktum 1995-ci ildən etibarən peşəkar atıcı kimi fəalliyət göstərir, Olimpiya oyunlarının iştirakçısıdır. Atasının vəfatından sonra onun 16 milyard dollar dəyərində qiymətləndirilən mirası yeganə övlad kimi Səid Əl Məktuma keçib. Səid Əl Məktum Birləşmiş Ərəb Əmirliklərinin ən varlı şeyxlərindən biri, mesenat kimi tanınır. Onun "Əl-Şabab” adlı şəxsi futbol klubu, beynəlxalq dərəcəli at yarışlarında iştirak etmək üçün nəzərdə tutulan qaçış atları kolleksiyası var.

Nazim Babayev
BAKU.WS