VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycanlı idmançı Rəsul Çunayev Instagram səhifəsində maraqlı video paylaşıb. 

BAKU.WS-in məlumatına görə, dünya çempionumuz yaxınları ilə birlikdə Qusarda istirahət edib. İdmançımızın şərəfinə quzu kəsilib, daha sonra kabab çəkilib. İdmançımız həmin görüntüləri izləyiciləri ilə paylaşıb. 
 
Qeyd edək ki, Rəsul Avar əsilli Azərbaycanlı yunan-roma güləşçisidir. Rəsul Çunayev 2015-ci ildə Amerika Birləşmiş Ştatlarının Las-Veqas şəhərində keçirilən Dünya Çempionatının qızıl medalçısıdır. Rəsul Çunayev Avropa Çempionatının 1 qat qızıl və 1 qat gümüş medalçısıdır. Rəsul Çunayev 2015-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən 2015 Avropa Oyunlarının qızıl medalçısıdır.

Rəsul Çunayev 29 iyun 2015-ci ildə 2015 Avropa Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib.
 
Nazim Babayev
BAKU.WS