Dünynın ən məşhur mesajlaşma proqramı olan WhatsApp istifadəçilərə müraciət edib.

BAKU.WS
-in məlumatına görə, müraciətdə bildirilir ki, WhatsApp vasitəsilə göndərilən müsajlara əhəmiyyət verilməsin.

Bəzən mesajlaşma proqramının adından istifadəçilərə müəyyən xidmətlər təklif olunur. Hətta WhatsApp proqramının ödənişli olacağı və əgər göndərilən mesajı 10 dosta göndərilərsə, bu xidmətin 5 il pulsuz olacağı barədə elanlar gəlir.

Şirkətdən belə reklamların onlara heç bir aidiyyatını olamadığını bildiriblər. WhatsApp rəsmiləri bildirib ki, hazırda modil operatorlarla müqavilə əsasında pulsuz xidmət göstərirlər. Lakin bu vaxt bitərsə, WhatsApp-ın xidməti üçün istifadəçilərdən bir ilə 0,99 dollar pul tələb olunacaq.

Ziya Səccad
BAKU.WS