SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Gələn il Azərbaycanda dini bayramlarla əlaqədar qeyri-iş günləri məlum olub.
 
APA-nın məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, 2017-ci ildə 26, 27 iyun Ramazan bayramı, 1, 2 sentyabr Qurban bayramıdır.
 
26 və 27 iyun bazar ertəsi və çərşənbə axşamına təsadüf edir və müvafiq olaraq 2 gün qeyri-iş günü olacaq.
 
Qurban bayramında isə 2 sentyabr şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 4 sentyabr qeyri-iş günü olacaq.
 
Beləliklə, 3 sentyabr da bazar gününə təsadüfi etdiyi üçün gələn il Qurban bayramında 4 gün ardıcıl qeyri-iş günü olacaq.
 
BAKU.WS