VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Facebook sosial şəbəkəsində yeni virus yayılıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə məşhur İT mütəxəssis Bart Bleyz öz bloqunda yazıb.

Virus SVG formatında olan şəkil formasında yayılmaqdadır. Şəkilə klik edərkən başqa linklərə keçid baş verir. Keçid baş verdikdə, hakerlər "Ubo" və "One" tətbiqlərini yükləməyə vadar edir. Tətbiq vasitəsilə video izləmək mümkündür. Həmin videolar isə virusa yoluxub.

Hakerlər istifadəçinin cihazına çıxış əldə etdikdən sonra virus onun dostlarına göndərilir.

Bununla yanaşı, virus hesabına istifadəçinin şəxsi məlumatları şifrələnərək ələ keçirilir.

Nəticədə hakerlər itirilmiş məlumatların deşifrə olunması üçün ödəniş tələb edir.
 
BAKU.WS