SİZİN REKLAM BURADA!
055 213 76 73



Alcon Pharmaceuticals LTD şirkətindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə daxil olan müraciətə əsaslanaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 15 noyabr 2016-cı il tarixli 267-S nömrəli sərəncamı ilə DV №14-00820 qeydiyyat vəsiqəli "Kvinaks” ticari adlı azapentacene polysulfonate sodium 0.15 mq/ml tərkibli göz damcısı 15 ml flakonda  №1 dərman vasitəsinin dövlət qeydiyyatını ləğv edib. 

BAKU.WS-in məlumatına gprə, ərizəçi şirkətin müraciətində göstərilib ki, "Kvinaks” ticari adlı azapentacene polysulfonate sodium 0.15 mq/ml tərkibli göz damcısı 15 ml flakonda  №1 dərman vasitəsinin konsentrasiyası zamanla azalır və bu hal yararlılıq müddəti ərzində dərman vasitəsinin keyfiyyətinə mənfi təsir edir. Şirkət bununla əlaqədar olaraq dərman vasitəsinin qeydiyyatda olduğu dövlətlərdən geri çağırılması və istehsalının dayandırlması barədə qərar qəbul edib.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, dərman vasitəsi Azərbaycan Respublikası Dərman vasitələrinin dövlət reyestrindən çıxarılmış və topdan və pərakəndə satış əczaçılıq müəssisələrindən geri çağrılıb.
 
Şahin Həbibov
BAKU.WS