SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Vaxtilə modellik edən, hazırda isə böyük bizneslə məşğul olan İvanka, indi onu bir şeyin düşündürdüyünü deyib

ABŞ-ın yeni prezidenti Donald Trampın böyük qızı İvanka Tramp, haqqında gəzən bəzi iddialara aydınlıq gətirib. CBS telekanalına müsahibəsi zamanı İvanka Tramp deyib ki, insanların iddiasının əksinə, o, heç vaxt siyasətlə məşğul olmağı düşünmür.

BAKU.WS sputnik-ə istinadən xəbər verir ki, vaxtilə modellik edən, hazırda isə böyük bizneslə məşğul olan İvanka, indi onu ancaq bir şeyin düşündürdüyünü bildirib — prezidentin qızı olmağa uyğunlaşmaq.
 


Xatırladaq ki, Donald Trampın böyük qızı İvanka Tramp 2014-cü ildə Bakının "Xətai" metrosu yaxınlığında yerləşən və soydanını daşıyan "Trump Tower" binasının tikintisi ilə yaxından maraqlanmaq üçün bir neçə gün Bakıda qalmışdı.
 

ABŞ-ın yeni prezidenti Donald Tramp və qızları müsahibə verir

 

İlyas Quliyev

BAKU.WS