VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
 
Məşhurlar təkcə şəxsi həyatları, iş və yaradıcılıqları ilə deyil, dəbli geyimləri, həyat tərzləri ilə də hər zaman diqqət mərkəzində olurlar. Adi insanlardan fərqli ömür yaşayan məşhurlar hər mövzuda fərqlənməyə çalışırlar. Bu baxımdan onların nişan üzükləri də sıradan və adi olmur.
 
BAKU.WS aile.lent.az-a istinadən dünyanın ən bahalı 10 nişan üzüyü və onların sahibləri ilə sizi tanış edir.
 
Şahzadə Diana - Kate Middleton
Bu üzük ilk olaraq şahzadə Dianaya verilib, indi də üzüyü şahzadə Kate Middleton taxır. Üzük 18 karat sapfir və ağ almazdan hazırlanıb, dəyəri 137 min 200 dollar civarındadır.


Anna Kurnikova
Anna Kournikovanın bu üzüyü yüzlərlə bahalı daşdan və 11 karatlıq çəhrayı almazdan hazırlanıb. Enrike İqlesias tərəfindən Annaya hədiyyə edilən bu nadir üzük 2,5 milyon dollar dəyərindədir.


Ketrin Zeta Cons
Ketrin Zeta Consun üzüyü 28 kiçik almazla bəzənib. Bu gözoxşayan üzük 10 karat markiz şəkilli almazla tamamlanıb. Maykl Duqlas tərəfindən həyat yoldaşına hədiyyə edilən üzüyün qiyməti 2,5 milyon dollardır.



Jacqueline
Aristotel Onassis yalnız iki dəfə taxdığı bu üzüyü Jaquelineyə verib. Gözəl üzük uzun müddət bankda saxlanıb. 0,42 karatlıq almaz üzük əvvəl 3-cü Lesotoya məxsus olub. Üzüyün hazırkı dəyəri 2 milyon 600 min dollardır.
 


Melania Knauss
15 karat zümrüd kəsimli brilyant platinin içinə oturdulan və yarpaq dizaynı ilə hazırlanan üzük Donald Tramp tərəfindən həyat yoldaşı Melania Knaussa hədiyyə edilib. Melanianın üzüyünün dəyəri 3 milyon dollardır.
 


Cennifer Lopez
Mark Anthony Cennifer Lopez üçün məxsüsi olaraq düzəltdirdiyi bu nadir üzüklə öz yüksək zövqünü bəlli edib. Üzük 8,5 karat almazdan hazırlanıb. Onlar artıq evli olmasa da, bu üzük hələ də ən bahalı zinət əşyaları arasındadır. Üzüyün dəyəri 4 milyon dollardır.
 


Grace Kelly
Şahzadə Rainier Cartier tərəfindən Grace Kellinə hədiyyə edilən bu üzük 10,47 karat zümrüd seqmentli almazdan ibarətdir. Üzüyün dəyəri 4,06 milyon dollardır.
 


Paris Hilton
Paris Latsis Paris Hiltona bu möcüzəvi nişan üzüyünü hədiyyə edib. Üzük 24 karat ağ qızıldan hazırlanıb və iki üçbucaq arasında bir düzbucaqlı almaz yerləşdirilərək tamamlanıb. Cütlük ayrıldıqdan sonra üzük xeyriyyə məqsədilə tenderdə satılıb və hazırkı dəyəri 4.700.000 dollardır.
 


Beyons
Bir çox adam Beyonsun sahib olduğu bu nişan üzüyünün siyahıda 2-ci olacağını düşünərdi. Platin üzərinə qüsursuz yerləşdirilən səkkizbucaqlı 18 karat almazdan ibarət olan üzük Jay Z tərəfindən müğənniyə hədiyyə edilib. Üzüyün dəyəri 5 milyon dollardır.
 


Elizabeth Taylor
Ən bahalı nişan üzüyü Richard Burtonun Elizabeth Taylora hədiyyə etdiyi bu nadir zinət əşyasıdır. Üzük 33,19 karat sertifikatlıdır. Almazla bəzədilib. 8.800.000 dollar dəyərində olan üzük dünyanın ən bahalı 10 nişan üzüyünün arasında siyahıya başçılıq edir. E. Taylorun üzüyü ölümündən sonra qapalı keçirilən tenderdə satılıb və Asiyalı bir kolleksioner tərəfindən alınıb.
 

 
İlyas Quliyev
BAKU.WS