SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Los-Ancelesin "Hyperloop One" startapı Dubay rəhbərliyi ilə dünyada ilk avtonom yüksəksürətli nəqliyyat sisteminin yaradılmasına dair razılıq əldə edib.

BAKU.WS-in Fins.az-a istinadən  verdiyi məlumata görə, layihənin tikintisi 4,8 milyard dollara başa gələcək. İlk qatar xətti Dubaydakı Bürc-Xəlifə göydələnini Əbu-Dabidəki Etihad qüllələri ilə birləşdirəcək. Yüksəksürətli qatar Dubay və Əbu-Dabi şəhərləri arasında məsafəni (160 km) 12 dəqiqəqə qət edəcək.
 
Daha sonra Dubaydan Ər-Fucayraya 10 dəqiqəyə və 48 dəqiqəyə Ər-Riyada çatmaq olacaq. Belə qatara biletin qiymətinin nə qədər olacağı hələ ki, məlum deyil. Ancaq qiymətlərin əlçatan olacağı bildirilir.

Qeyd edək ki, ixtiraçı İlon Mask ilk dəfə olaraq "Hyperloop" vakuum qatarını 2012-ci ildə təqdim edib. O zaman Mask yeni nəqliyyat növünün günəş enerjisi ilə çalışacağını və təyyarədən iki dəfə, adi sürətli qatarlardan 3-4 dəfə daha sürətlə hərəkət edəcəyini və onun tikintisinin qat-qat daha ucuz başa gələcəyini bildirmişdi.
 
İlyas Quliyev
BAKU.WS