SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Baklının Nobel prospekti açılıb.
 
Bu barədə BAKU.WS-ə "Azəravtoyol” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Bu ilin mart ayından bağlanan yolda piyada keçidində işlər yekunlaşdığından bu gündən etibarən Nobel prospektində qazılmış sahə bərpa olunub və yeni asfalt-beton örtüyü döşənib. Bu üzdən sözügedən ərazidə hərəkət əvvəlki istiqamətdə bərpa olunub.
 
Xəqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişməsində layihələndirilən yeraltı piyada keçidində 220 metr uzunluğunda qalereyanın tikintisi yekunlaşıb. Hazırda qalereyanın mərmər-qranitlə üzlənməsi işləri davam etdirilir. Bundan başqa, çöl şəraitində quraşdırılan 8 ədəd eskalatorun yaxın müddət ərzində keçidin giriş hissələrində quraşdırılması da nəzərdə tutulub.
 
Qeyd edək ki, Xəqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişməsində yeraltı piyada keçidinin tikintisi ilə əlaqədar olaraq mərkəzdən Zığ istiqamətinə doğru prospektin sözügedən kəsişməsi bağlanaraq hərəkət alternativ yollara istiqamətləndirilmişdi.
 
İlyas Quliyev
BAKU.WS