SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
«2014-cü ildə olub-bitmiş kadr arxası məsələləri Meydan TV gündəmə gətirib və bəzi jurnalist dostlarımız da bu barədə bizdən açıqlama istəyir. Mən də deyirəm ki, nə cavab verə bilərəm?»

Bunu BAKU.WS-ə  Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin rəhbəri Təvəkkül Dadaşov teleaparıcı Xoşqədəm Hidayətqızının müəllifliyi ilə ötən illərdə ATV kanalında yayımlanan "Səni axtarıram” verilişinin yayılan kadrarxası görüntülərinə münasibət bildirərkən deyib.

O, fikrini belə əsaslandırıb ki, həmin kadrlar efirə getməyib.
 
«Efirdə getməyən materiala biz necə qarışaq? Digər tərəfdən həmin faktlar ortaya çıxanda kanal öz tədbirini gördüyünü bildirmişdi. Əminəm ki, layihənin indiki davamında əvvəllər baş verdiyi deyilən neqativ hallara yol verilmir və verilməz də. Çünki orda buna şərait yaradılmaz», - MTRŞ rəsmisi bildirib.

Qeyd edək ki, bu gün meydan.tv Xoşqədəm Hidayətqızının müəllifliyi ilə ötən illərdə ATV kanalında yayımlanan "Səni axtarıram” verilişinin kadrarxası görüntülərini yayıb.

Görüntülərdə veriliş müəllifinin qonaqlara necə davranmalı, necə danışmalı olduğu barədə direktivlər verdiyi, proqrama Rusiyadan gətirilən yaşlı bir kişinin ayaqlarından xərəyə bağlatdırıldığı və bu kimi bəzi məqamlar əksini tapıb.
 
İlyas Quliyev
BAKU.WS