VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
 
Bu gün Ay Yerə maksimal dərəcədə yaxınlaşacaq.

BAKU.WS xəbər verir ki, müşahidə ediləcək təbiət hadisəsi zamanı Ay həmişəkindən təxminən 14 faiz böyük görünəcək. Ona görə də buna "Super Ay” deyirlər.

Bu dəfəki "Super Ay” noyabrın 14-də Ay bədirlənmiş halda olduqda görünəcək.

"Super Ay” yerli saatla 15.24-də Yerə ən yaxın məsafədə olacaq. Amma həmin saatda onu gözlə görmək mümkün olmayacaq. Axsam gün batana yaxın, gün batanda onu görəcəyik.

Təxminən 3 saatdan sonra biz artıq rahat şəkildə adi gözlə də "Super Ay”ı görəcəyik. Ay Yerə yaxın olanda onun səthindəki detalları teleskopla çox aydın görmək olur. Bu ilki yaxınlaşma son 68 ilin ən böyük yaxınlaşmasıdır.

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov bu hadisənin insan sağlamlığı üçün heç bir təhlükəsi yoxdur.

«Bundan heç də narahat olmaq lazım deyil, çünki bu, adi təbiət hadisəsidir. İl ərzində 2-3 dəfə bu cür "Super Ay”lar müşahidə olunur. Amma indi ən böyük yaxınlaşma noyabrın 14-ə təsadüf edib», -  Xıdır Mikayılov bildirib.
 
 
Ilyas Quliyev
BAKU.WS