VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycanlı peşəkar rəqqas Belarusda öz rəqsiylə hər kəsi əyləndirib. 
 
BAKU.WS-in məlumatına görə, Zumba rəqsi üzrə peşəkar rəqqas olan Fərid Latın Amerikası rəqsləri üzrə beynəlxalq yarışların qalibidir. 

O, bu gün Azərbaycanda Latın Amerikası rəqsləri janrında ən peşəkar, ən yaxşı Zumba rəqqaslarından biri kimi qəbul edilir. 
 
Onun paytaxt Minskdə insanlarla birlikdə etdiyi rəqs sosial şəbəkələrdə böyük marağa səbəb olub.
 
Qeyd edək ki, Zumba – özünüzü cəlbedici hiss etməyə kömək edən rəqs və aerobikanın kombinasiyasıdır. 
 
Emil Şəkinski
BAKU.WS