SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Facebook sosial şəbəkəsinin istifadəçilərinin əksəriyyəti "dünyasını dəyişib”.

BAKU.WS xəbər verir ki, "Gizmodo" onlayn-portalının yaydığı məlumatda qeyd olunur ki, sosial şəbəkədə səhvən belə qeydlər yayılıb.
 
Belə ki, yüzlərlə istifadəçisinin səhifəsində "bu akkauntun sahibi ölüb"qeydi yerləşdirilib.
 
Azərbaycan da daxil olmaqla dünyanın bir sıra ölkələrində bəzi istifadəçilər qısa müddət ərzində öz səhifələrində "Facebook"un onların barələrində ölüm xəbəri yerləşdirdiyini müşahidə edə biliblər.
 
Belə bir səhvlə hətta Facebook-un yaradıcısı Mark Zukerberq də qarşılaşıb.
 
"Facebook" şirkəti baş verənlərlə bağlı istifadəçilərdən üzr istəyib.
 
"Bu dəhşətli səhv idi, biz onu düzəltdik", - deyə sosial şəbəkə rəsmilərinin yaydığı məlumatda bildirilir.
 
İlyas Quliyev
BAKU.WS