SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bank of Baku, "Bolkartla Qazan” aylığı çərçivəsində Bolkart əldə etmək istəyən tələbələrə və bütün şəxslərə geniş imkanlar yaradır. "Tələbə biletini göstər, Bolkartını al” şüarı altında keçirilən kampaniya çərçivəsində tələbələrə Bolkart Gənc Debet HƏDİYYƏ olaraq təqdim olunacaq. 

07-30 noyabr 2016-cı il tarixləri arasında keçirilən kampaniyadan təhsil aldığı müəssisə, dərəcə, fakültə və ixtisasından asılı olmayaraq bütün tələbələr faydalana biləcəklər. Bank of Baku tərəfindən 3 valyutada - AZN, USD və EUR valyutasında təqdim olunan Bolkart Gənc Debet kartını hər tələbə kampaniyada iştirak etməklə, ancaq bir valyutada əldə edə bilər. 

Tələbə olmayan, lakin Bolkart almaq istəyən digər şəxslərə də Bank of Baku sadəcə 3 AZN ödəməklə kredit və ya debet kartı əldə etmək imkanı yaradır. Yaşı 27-dək olan şəxslər Bolkart Gənc, 27-dən yuxarı olan şəxslər isə Bolkart ailə kartını kampaniya çərçivəsində sadəcə 3 AZN ödəməklə sifariş edə bilərlər. Kampaniyada həm Bolkart kredit, həm də Bolkart debet kartları iştirak edir. 

Şəxsi vəsaitdən istifadə üçün nəzərdə tutulan Bolkart debet kartını müştəri AZN valyutası ilə yanaşı, həmçinin USD və EUR valyutasında da sifariş edə bilər. Kampaniya dövrü ərzində bir şəxs hər üç valyutada kartı hər birinə ayrılıqda 3 AZN ödəyərək əldə edə bilər. Yəni, ümumilikdə 9 AZN ödəyib, AZN, USD və EUR valyutasında Bolkart debet almaq olar. 

Qeyd edək ki, kampaniyadan kənar Bolkart Gənc kredit kartının standard illik xidmət haqqısı 15 AZN, debet kartının isə 10 AZN təşkil edir. 27 yaşdan yuxarı şəxslərin istifadəsi üçün nəzərdə tutulan Bolkart Ailə kredit kartının rəsmiləşdirilməsi üçün 20 AZN, debet kartı üçün 25 AZN illik xidmət haqqı tələb olunur. 

"Bolkartla Qazan” aylığı çərçivəsində həyata keçirilən bu və digər kampaniyalar haqqında ətraflı məlumatla həm Bank of Baku-nun 145 Məlumat Mərkəzinə zəng etməklə, həm də Bankın və Bolkartın rəsmi internet ünvanlarına daxil olmaqla əldə edə bilərsiniz. 
 
Daha ətraflı:
145 məlumat mərkəzi