SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Xalq artisti, mərhum sənətkar Eldəniz Zeynalovun oğlu, aktyor Məmməd Zeynalovun vəziyyəti ağırlaşıb.

BAKU.WS xəbər verir ki, bu barədə aznews.az-a aktyorun bacısı Gülbəniz Zeynalova məlumat verib. Onun sözlərinə görə, M.Zeynalova ayrı-ayrı adamlar böyrəyini vermək istəsələr də, ailə buna razı olmayıb:
 
"Bir necə şəxs zəng edib Məmmədə donor olaraq böyrəyini vermək istədi. Amma böyrək ağır bir əməliyyatdır. O əməliyyat üçün bizim ailənin maddi imkanı yoxdur. Bu görə də donor olmaq üçün edilən təkliflərə razı olmadıq".

G.Zeynalova qeyd edib ki, Azərbaycan Beynəlxalq Bankında aktyorun adına açılan hesab nömrəsinə bu günə kimi 100 manat pul köçürülüb:
 
"Onunla da heç nə etmək olmaz. Tək-tək adamlar gəlir, pul təklif edirlər. Amma biz ona razı olmuruq. Məmməd neçə gündür ki, reanimasiyadadır. Bu günə kimi lazım olan iynə-dərmanlarını öz hesabımıza alırıq. Bizə ancaq dövlətin dəstəyi lazımdır".
 
Qeyd edək ki, Məmməd Zeynalov mərhum xalq artisti Eldəniz Zeynalovun oğludur. Cəfər Cabbarlı adına İrəvan Dövlət Teatrının aktyoru olan M.Zeynalov bir neçə müddətdir ki, insult keçirib.
 
 
İlyas Quliyev
BAKU.WS
 

Eldəniz Zeynalov - Xalq artisti