SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Hazırda dünyada kamança ifası ilə məşhurlaşan Mark Eliyahu haqqında maraqlı məlumatlar ortaya çıxıb. 
 
BAKU.WS-in məlumatına görə, ən qədim Azərbaycan musiqi alətlərindən biri olan kamançada ifa edən Mark Azərbaycan kamança ifaçısı, Azərbaycan Respublikası Əməkdar Artisti Ədalət Vəzirovun tələbəsi olub.  
 
1982-ci ildə Dağıstanda dünyaya gələn İsrail əsilli kamança ustası musiqiyə dörd yaşında başlayıb. Lisey illərində təhsil üçün getdiyi Yunanıstanda kamança ilə tanış olub və Azərbaycana gələrək Ədalət Vəzirovdan dərs alıb.
 
Musiqiçi olan atası Perez Eliyahunun izindən gedən və ona bir çox işində yoldaşlıq edən sənətçinin "Voices of JUDEA" adlı bir albomu da var. Müzikoloq, bəstəkar və kamança ifaçısı atasından aldığı mirasla yola çıxan Mark Eliyahu Türk, İran və Azərbaycan musiqisinə yönəlib. Dünya miqyasında tanınan sənətçi hətta Alim Qasımovun konsertlərində də çıxış edib. 
 
Mark Eliyahu Avropada və İsraildə kamança ilə konsertlər verir. Markın kamançada ifaları Youtube-də milyonlarla insan tərəfindən izlənilib. 
 
Şahin Həbibov
BAKU.WS