SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

İndoneziyanın Cənubi Sulavesi bölgəsində qəribə bir adət var.
 
BAKU.WS-in məlumatına görə, bu bölgədə yaşayan insanlar "Manene" olaraq adlandırılan ritualı icra edirlər. İnsanlar hər üç ildən bir ölülərinə olan hörmətlərini göstərmək və onları şərəfləndirmək üçün qəbirləri açırlar. 

Açılan məzarlardan çıxarılan ölülərin üzərlərindəki geyimlər təmizlənir, lazım olsa onlara yeniləri geydirilir. Ailə üzvləri, ölmüş qohumlarının məzarlarını tək-tək açıb, cəsədləri çölə çıxarırlar. Sonradan ölülərini yeni geyimləri ilə birlikdə qəsəbənin mərkəzində insanlara nümayiş etdirirlər. 
 
Yerli xalq əsrlər belə keçsə, ailə üzvlərinin hələ də özləriylə birlikdə yaşadığına inanır. Ölümlərindən sonra daha yaxşı qorunan cəsədlər məzarlarından çıxarılır, geyimləri dəyişdirilir cə sonra qəsəbəni gəzirlər. Mərasim başa çatdıqdan sonra ölülər təkrar məzarlarına dönürlər. 
 
BAKU.WS