SİZİN REKLAM BURADA!
055 213 76 73



"Periscope” tətbiq etməsi haqqında tənqidi fikirlər səsləndirən azərbaycanlı gənc Elnur Muradov sosial şəbəkələrdə əsl ulduza çevrilib.

BAKU.WS
-in məlumatına görə, BBC yazıb ki, gəncin tənqidi dəstəkləyənlər də tapıldı, onunla razılaşmayanlar da oldu. E.Muradovla razılaşmayanların böyük əksəriyyəti qızlar və qadınlar idi.

"Düşünürəm ki, "Periscope” və digər texnoloji yeniliklər qızların həyatını məhv edir. O, valideynləri qızlarına nəzarət etməməkdə və bunun gələcəkdə çox acı nəticələrə gətirə biləcəyindən gileylənir. Buna görə də hər gün boşanma xəbərləri eşidirik. Valideynlər «iPhone»u alıb verirlər uşağın əlinə, o da başqa nə edəcək? Pis-pis şeylərlə məşğul olmağa başlayır. Azərbaycan çox bərbad gündədir”, — deyə Elnur Muradov videoda bildirib.

Günel Əsgərzadə adlı gənc qadın bu videonu görəndən sonra öz narazılığını ifadə edib. O bildirib ki, makiyaj etmədən yalnız iki körpəsi ilə olan həyatını dostlarına göstərmək üçün "Perisope"dan istifadə edir.


"Problem qadınlarda deyil, problem kişilərdədir. Hər kəs görür ki, mənim iki uşağım var, ancaq bəzi kişilər görüş təklifi edir və ya soyunmağımı istəyir. Burada qadınları günahlandırmaq doğru olmazdı”, — deyə G.Əsgərzadə bildirib.

 

Gənc xanımın fikirləri də birmənalı qarşılanmayıb. Bəziləri onu dəstəkləyib, bəziləri isə gənc xanımı qınayıblar.

 

Qeyd edək ki, bir neçə gün əvvəl Elnur Muradov adlı gənc video çəkərək azərbaycanlı qızların "Periscope" biabırçılığını qınamışdı. Gəncin videosu baxılma və şərh sayına görə rekord vurmuşdu. 

Ziya Səccad
BAKU.WS