SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bu gün bir sıra elektron portallarda Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində saxlanılan ölülərin ödənişli saxlanması ilə bağlı məlumat yayılıb. 

Yayılan məlumatda birliyin təsərrüfat işləri üzrə direktor müavini Abdulla Əliyev açıqlama verərək bu barədə danışıb.

Məsələ ilə bağlı Bizimyol.info saytına açıqlamasında Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin təsərrüfat işləri üzrə direktor müavini Abdulla Əliyev faktı təsdiq edərək vəfat edən xarici vətəndaşların eyni zamanda morqda saxlanılan ölkə vətəndaşlarından 50 manat pul alındığını bildirib.

"Əgər vəfat edən öz vətəndaşımızdısa bu morqda çox saxlanılırsa, ölünün yiyəsindən pul alınır.Eyni zamanda küçədən ölü şəkildə tapılan və ya hansısa bədbəxt hadisə nəticəsində vəfat edən xarici vətəndaşlardan da morqda qalan ölü üçün 24 saatına 50 manat pul alınır. Amma vəfat edən şəxs xarici vətəndaş olduqda və bu barədə həmin ölkənin səfirliyi müraciət etdikdə çalışırıq ödəniş almayaq.”
 
BAKU.WS