VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

Amerikalı model və aktrisa Keyt Apton yenidən mətbuatın gündəminə düşüb.
 
BAKU.WS-in məlumatına görə, seksual ulduz "Sports Illustrated Swimsuit" jurnalı üçün kamera qarşısına keçib. Məşhur model jurnalın reklam çəkilişində soyunub. Keytin bu addımı sosial şəbəkələrdə böyük səs-küyə səbəb olub. 
 
Qeyd edək ki, 2008-ci ildə "Miami Elite Model Managment" ilə müqavilə imzalayan Kate, sonradan Nyu Yorka köçüb və elə orada ilk dəfə modelliyə addım atıb. İlk dəfə Dooney&Bourke çanta markasının modeli olub. Daha sonra "Sports Illustrated Swimsuit Issue" üz qabığına çıxıb və müxtəlif mükafatlara layiq görülüb.
 
Həmin dövrdən, indiyədək "Beach Bunny" çimərlik geyimi və "Victoria Secret" üçün modellik edir. Həmçinin 2011-ci ilin iyul ayında, "Esquire" jurnalı tərəfindən "Yayın qadını" seçilib. 2014-cü ildə Kameron Diaz və Lesli Mannla birlikdə "Digər qadın" filmində rol alıb.
 
BAKU.WS